Maliyyə problemlərinə görə Qırmızı Xaçın muzeyi bağlana bilər

Dünya 01-fev, 22:409 44 0
Maliyyə problemlərinə görə Qırmızı Xaçın muzeyi bağlana bilər
Maliyyə problemlərinə görə Qırmızı Xaçın muzeyi bağlana bilər
Bakı, 1 fevral Uğuryolu.az

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) İsveçrənin Cenevrə şəhərində yerləşən muzeyi maliyyə çətinliklərinə görə fəaliyyətini dayandıra bilər.

Uğuryolu.az AZƏRTAC a istinadən xəbər verir ki, bu barədə muzeyin direktoru Paskal Hufşmid bildirib. O bildirib ki, İsveçrə hökumətinin yeni qənaət planı muzeyin başqa yerə köçürülməsinə, hətta fəaliyyətinə xitam verilməsinə səbəb ola bilər.

Muzey hər il İsveçrə Xarici İşlər Nazirliyindən 1,1 milyon frank (1,6 milyon AZN) dotasiya alıb. Bu günlərdə isə dotasiyanın dayandırıldığı məlum olub.

1998-ci ildə açılan muzey BQXK-nın tarixini əks etdirir. Burada 30 mindən çox eksponat, o cümlədən ilk Nobel mükafatı qorunur. Muzeydə, həmçinin Hərbi Əsirlərin Beynəlxalq Arxivi də yer alır.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr