Kaxa Kaladze: Gürcüstanda radikalizm və faşizm sona çatacaq

Dünya 04-fev, 19:009 62 0
Kaxa Kaladze: Gürcüstanda radikalizm və faşizm sona çatacaq
Kaxa Kaladze: Gürcüstanda radikalizm və faşizm sona çatacaq
Tbilisi, 4 fevral, Uğuryolu.az

“Gürcüstanda radikalizm və faşizm sona çatacaq. Çünki radikalizmi və faşizmi maliyyələşdirən, bu ideologiyanı təşviq edən qüvvələr tədricən özləri tarixdən silinib gedəcəklər”.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Tbilisi şəhərinin meri, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze söyləyib.

Onun sözlərinə görə, USAID kimi konkret təşkilatlar var idi ki, ölkədə qütbləşməni, radikalizmi, ekstremist təşkilatları, qarşıdurmaları və inqilabi qurğuları maliyyələşdirirdilər.

“Bu günlərdə yenə məlumat yayıldı ki, 2024-cü il parlament seçkiləri üçün Gürcüstanda 24 milyon dollar xərclənib. Bu pul nəyə və kimə xərclənib açıqlayan yoxdur. Biz görürük ki, ölkədə nələr baş verir, hər gün hansı vəziyyətlə üzləşirik. Bütün bunlar sona çatacaq. Radikalizm və faşizm sona çatacaq. Bunun təşviqi xaricdən edilirdi və kifayət qədər geniş maliyyələşdirilirdi. Artıq onların da sonu çatıb”,- deyə Kaxa Kaladze əlavə edib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr