
Bakı 15 fevral, Uğuryolu.az
Baş nazir Əli Əsədov iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı Qərar imzalayıb.
Uğuryolu.az xəbər verir ki, Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.