Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub

Dünya 15-fev, 12:399 49 0
Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub
Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub
Moskva, 15 fevral, Uğuryolu.az

Fevralın 15-də Rusiyanın Altay Respublikasında 6,4 maqnitudalı zəlzələ baş verib. Onun episentri Qoş-Aqaç rayonunun Beltir kəndi yaxınlığında olub.

Uğuryolu.az xəbər verir ki, yeraltı təkanlar Altay Respublikasında, eləcə də Altay diyarı, Kemerovo və Novosibirsk vilayətlərində hiss olunub.

Bəzi məskunlaşmış ərazilərdə binalara cüzi ziyan dəysə də, onların konstruksiya elementlərinə təsir etməyib. Bölgənin rəhbəri Andrey Turçak yüksək hazırlıq rejiminin tətbiq olunduğunu açıqlayıb. Qoş-Aqaç və Ulaqanski rayonlarında məktəblərdə dərslər dayandırılıb və kütləvi tədbirlər ləğv edilib.

Yeraltı təkanları Novosibirsk sakinləri də hiss ediblər.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr