“Xocalı: Şahidlər danışır” kitabı özbək dilində nəşr edilib

Mədəniyyət 17-fev, 12:269 11 0
Xocalı: Şahidlər danışır” kitabı özbək dilində nəşr edilib
“Xocalı: Şahidlər danışır” kitabı özbək dilində nəşr edilib
Bakı, 17 fevral,Uğuryolu.az
Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində "Xocalı: Şahidlər danışır" kitabı özbək dilində dərc edilib.

Uğuryolu.az AZƏRTAC a istinadən xəbər verir ki, kitabın müəllifi yazıçı-publisist, tarix elmləri üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü İradə Əlilidir.

İ.Əlili bildirib ki, kitab Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə özbək dilinə tərcümə olunub: "Xocalı soyqırımı bəşəriyyətin ən dəhşətli vəhşətidir. Kitabda 1992-ci il fevralın 26-sının - o qanlı gecənin şahidlərinin xatirələri və xocalı gənclərinin fikirləri yer alıb. Dünyaya həqiqətlərimizi tanıtmaq, haqlı olduğumuzu göstərmək, doğru olanı söyləməliyik. Bu kitab artıq 13-cü (Azərbaycan, rus, ingilis, türk, alman, ispan, italyan, fransız, ərəb, fin, holland, urdu, özbək) dildir ki, tərcümə edilərək nəşr olunub".

Qeyd edək ki, kitabın öz sözünü professor Elmira Süleymanova yazıb. Redaktoru isə şairə-publisist, Prezident təqaüdçüsü Azadə Novruzovadır. Kitabın yaxın günlərdə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr