Lavrov: “3+3”ün qapıları Gürcüstan üçün açıq qalır

Dünya 19-fev, 19:489 45 0
Lavrov: “3+3”ün qapıları Gürcüstan üçün açıq qalır
Lavrov: “3+3”ün qapıları Gürcüstan üçün açıq qalır
Moskva, 19 fevral Uğuryolu.az
“3+3” regional formatın qapıları Gürcüstan üçün açıq qalır və bu ölkənin nümayəndələrinin hər zaman müzakirələrə qoşulmaq imkanı mövcuddur.

Uğuryolu.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında parlament saatında çıxışında deyib. Lavrov xatırladıb ki, format yaradılan andan Gürcüstan burada iştirak etməyib, lakin onun yeri bu mexanizmdə qorunub saxlanır.

Onun sözlərinə görə, Gürcüstanın hazırkı rəhbərliyi ölkənin milli maraqlarını nəzərə alır, “3+3” formatı isə (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran, Türkiyə) bütün iştirakçıların maraqlarına cavab verir.

Nazir bildirib ki, format çərçivəsində keçirilmiş son görüşdə bu mexanizmə daha strukturlaşdırılmış xarakter verilməsi barədə qərar qəbul edilib ki, bu da onun effektivliyini artıracaq.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr