Konstitusiya Məhkəməsinin sədri Tiranada beynəlxalq konfransda iştirak edib

Cəmiyyət 28-fev, 21:379 11 0
Konstitusiya Məhkəməsinin sədri Tiranada beynəlxalq konfransda iştirak edib
Konstitusiya Məhkəməsinin sədri Tiranada beynəlxalq konfransda iştirak edib
Bakı, 28 fevral, Uğuryolu.az

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Albaniya Konstitusiya Məhkəməsinin sədri Holta Zaçayın dəvəti ilə fevralın 28-də Avropa Konstitusiya Məhkəmələri Konfransına (Təşkilatına) üzv olan konstitusiya ədalət mühakiməsi orqanlarının sədrlərinin iclasında iştirak etmək üçün Tirana şəhərində səfərdə olub.

Uğuryolu.az AZƏRTAC a istinadən xəbər verir ki, iclas çərçivəsində Avropa Konstitusiya Məhkəmələri Konfransının XX Konqresinin keçirilmə tarixi və mövzusu, milli hesabatların təqdim edilməsi, müşahidəçilərin Konqresə dəvət edilməsi və digər praktiki məsələlərə baxılıb.

Səfər zamanı bir sıra Avropa ölkələrinin Konstitusiya məhkəmələrinin sədr və hakimləri ilə məhkəmə-hüquq məsələləri müzakirə edilib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr