Premyer Liqa: “Neftçi” səfərdə “Kəpəz”ə məğlub olub

İdman 05-mar, 20:479 41 0
Premyer Liqa: “Neftçi” səfərdə “Kəpəz”ə məğlub olub
Premyer Liqa: “Neftçi” səfərdə “Kəpəz”ə məğlub olubPremyer Liqa: “Neftçi” səfərdə “Kəpəz”ə məğlub olub
Bakı, 5 mart, UĞURYOLU.az
Misli Premyer Liqasında XXV tura yekun vurulub.

UĞURYOLU.az xəbər verir ki, bağlanış oyununda "Neftçi" səfərdə "Kəpəz"in qonağı olub. Tovuz şəhər stadionunda reallaşan görüşdə Gəncə təmsilçisi rəqibini minimal hesabla məğlub edib. Yeganə qolu 50-ci dəqiqədə Şervoni Mabatşoyev vurub.

Bu nəticədən sonra xallarını 22-yə çatdıran Qərb təmsilçisi 9-cu pillədə qərarlaşıb. “Kəpəz”in turnir cədvəlindəki mövqeyi dəyişməsə də, komanda 8-ci yerdəki “Sumqayıt”la xallarının sayını bərabərləşdirib. “Neftçi” isə 27 xalla 6-cı sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Qarabağ" "Sumqayıt"ı, "Şamaxı" "Səbail"i, "Zirə" "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" matçı isə qollu heç-heçə ilə yekunlaşıb - 2:2.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr