Azərbaycanda ÜDM artıb

İqtisadiyyat 12-mar, 16:029 3 0
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
Bakı, 12 mart, UĞURYOLU.az

Cari ilin yanvar-fevral aylarında ölkədə 19 milyard 72,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,7 faiz artıb.

ÜDM istehsalının 38,5 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 22 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1864,7 manata bərabər olub.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr