Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsində keçirəcəyi iki oyuna təyinatlar açıqlanıb

İdman 17-mar, 21:309 0 0
Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsində keçirəcəyi iki oyuna təyinatlar açıqlanıb
Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsində keçirəcəyi iki oyuna təyinatlar açıqlanıb
Bakı, 17 mart, UĞURYOLU.az

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsi çərçivəsində keçirəcəyi ilk iki oyuna təyinatlar açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Bosniya və Herseqovina ilə matçı slovakiyalı baş hakim Rastislav Behancin və onun köməkçiləri rumıniyalı Liviu Dumitru Çita ilə isveçli Kastriot Gerxhaliu idarə edəcəklər.

Xorvatiya ilə görüşdə isə ədaləti L.Dumitru Çita və köməkçiləri portuqaliyalı Filipa Prata ilə R.Behancin qoruyacaqlar.

Hər iki qarşılaşma Omiş şəhərində yerləşən Ribnjak İdman Sarayında təşkil olunacaq. Azərbaycan yığması martın 26-da Bakı vaxtı ilə saat 19:00-da Bosniya və Herseqovina, bir gün sonra saat 20:00-da isə Xorvatiya ilə üz-üzə gələcək.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr