
Qax, 20 mart, UĞURYOLU.az
Qax Dövlət Kukla Teatrı Novruz bayramı münasibətilə uşaqlar üçün “Keçəlin sehri” adlı əyləncəli proqram hazırlayıb. Baharın gəlişi və məktəblilərin yaz tətilinin başlanması ilə əlaqədar martın 20-dən etibarən teatrda bayram tamaşalarına start verilib.
UĞURYOLU.az xəbər verir ki, uşaqlara təqdim olunan Novruz şənliyi kompozisiyasının quruluşçu rejissoru İlmar Abdullayev, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Tamaşada rolları Cəbrayıl Quluşov, Azər Kərimov, Araz Mehrablı, İlmar Abdullayev, Aynurə Abbasova və Elnurə Əliyeva ifa edirlər.
Teatrda bayram tamaşaları martın 25-dək davam edəcək.