Bakıda keçirilən Forum çərçivəsində 10 beynəlxalq əməkdaşlıq memorandumu imzalanıb

Siyasət 29-apr, 18:239 20 0
Bakıda keçirilən Forum çərçivəsində 10 beynəlxalq əməkdaşlıq memorandumu imzalanıb
Bakıda keçirilən Forum çərçivəsində 10 beynəlxalq əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 29 aprel, UĞURYOLU.az
Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu çərçivəsində Azərbaycan qeyri-hökumət təşkilatları (QHT) və beynəlxalq QHT-lər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

UĞURYOLU.az xəbər verir ki, Forumun ikinci günü müxtəlif ölkələrdən gələn QHT nümayəndələri ilə əməkdaşlıq memorandumları imzalanıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Çin və Özbəkistan nümayəndəlikləri ilə əməkdaşlıq barədə razılıq əldə edib.

Bundan əlavə, Azərbaycanın müxtəlif QHT-ləri də beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq sənədləri imzalayıblar.

İmzalanan memorandumlar müxtəlif sahələrdə - insan hüquqları, sosial rifah, iqlim dəyişikliyi, əlilliyi olan şəxslərin hüquqları və vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində birgə layihələrin reallaşdırılmasını nəzərdə tutur.

Bu əməkdaşlıqlar Forumun beynəlxalq və regional vətəndaş cəmiyyətləri arasında həmrəyliyin və təcrübə mübadiləsinin daha da gücləndirilməsinə verdiyi töhfənin nümunəsi kimi qiymətləndirilir.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr