Türkiyəli alimlər səs yazısı ilə ağciyər xərçəngini aşkarlaya biliblər

Dünya 29-apr, 18:349 13 0
Türkiyəli alimlər səs yazısı ilə ağciyər xərçəngini aşkarlaya biliblər
Türkiyəli alimlər səs yazısı ilə ağciyər xərçəngini aşkarlaya biliblər

Türkiyəli alimlər səs yazısı ilə ağciyər xərçəngini ilkin mərhələdə aşkarlaya biliblər.

UĞURYOLU.az xəbər verir ki, xərçəngin müəyyənləşdirilməsi üçün xəstədən iki dəqiqəlik mətndən ibarət səs yazısı alınır və süni intellekt əsaslı xüsusi tətbiqə yüklənir.

Alimlər tətbiqin nəticələrinin 90 faiz doğru olduğunu iddia edirlər.

Hazırda təhlil mərhələsində olan tətbiq yüngül və ağır patoloji xəstələr üzərində araşdırılır. Bu mərhələdə orqanizmində xərçəng hüceyrələri olan xəstələrin 90 faizini müəyyən etmək mümkün olub.

Mütəxəssislər tətbiqi geniş istifadəyə verərək, əlamət göstərmədən orqanizmdə böyüyən xərçəngin bu növünü qeyd edilən üsulla ilkin mərhələdə aşkarlamağı hədəfləyirlər.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr