Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub

Aktual 16-may, 22:199 21 0
Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub

Mayın 16-da Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Albaniya Respublikasının Baş naziri Edi Rama arasında işçi nahar əsnasında görüş olub.

UĞURYOLU.az xəbər verir ki, dövlətimizin başçısı “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının uğurla təşkil edilməsi münasibətilə Baş nazirə təbriklərini çatdırıb.

Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Albaniyanın Korça şəhərinin Azərbaycan qazı ilə təchiz edilməsi layihəsinin önəmi vurğulanıb.

Azərbaycan Prezidenti və Albaniyanın Baş naziri ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr