"İkitərəfli əməkdaşlıq gündəliyi: çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi təşkil olunub

Siyasət 08-iyl, 20:269 65 0
"İkitərəfli əməkdaşlıq gündəliyi: çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi təşkil olunub
"İkitərəfli əməkdaşlıq gündəliyi: çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi təşkil olunub

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsi çərçivəsində səkkizinci panel “İkitərəfli əməkdaşlıq gündəliyi: çağırışlar və imkanlar” mövzusunda olub.

UĞURYOLU.az xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin müavinləri Fariz Rzayev, Elnur Məmmədov, Yalçın Rəfiyev və Samir Şərifovun əsas natiqlər qismində iştirakı ilə keçirilən tədbir 4 blok üzrə baş tutub.

Panel müzakirəsi çərçivəsində ayrı-ayrı ölkələrlə mövcud ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətinin təhlili, bunun əsasında atılacaq gələcək addımlar, ikitərəfli əməkdaşlığın genişləndirilməsi mexanizmlərindən istifadə olunması kimi mövzular üzrə müzakirələr aparılıb.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr