Baş nazir Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

Siyasət 08-iyl, 20:289 57 0
Baş nazir Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb
Baş nazir Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 8-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə qarşılıqlı etimada və dəstəyə əsaslanan Azərbaycan-Pakistan qardaşlıq əlaqələrinin inkişaf dinamikası vurğulanıb.

İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Parlamentlərarası əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, Azərbaycanın və Pakistanın qanunverici orqanları arasında qurulmuş qarşılıqlı faydalı əlaqələrin dövlətlərarası münasibətlərin hərtərəfli inkişafına müsbət töhfə verdiyi bildirilib.

Görüş zamanı, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr