Baş katib: Azərbaycan effektiv, loyal və etibarlı tərəfdaşdır

İqtisadiyyat 09-iyl, 21:089 139 0
Baş katib: Azərbaycan effektiv, loyal və etibarlı tərəfdaşdır
Baş katib: Azərbaycan effektiv, loyal və etibarlı tərəfdaşdır

Azərbaycan 2016-cı ildə OPEC+ Əməkdaşlıq Bəyannaməsi imzalanandan bəri bizim üçün çox effektiv, loyal və etibarlı tərəfdaş olub. Zati-aliləri Prezident İlham Əliyevin müdrik rəhbərliyi və göstərişləri ilə energetika naziri bu təşəbbüsdə yaxından iştirak edib və OPEC-ə üzv olmayan digər ölkələrin də bu alyansa qoşulmasında həlledici rol oynayıb.

Bunu açıqlaması zamanı OPEC-in Baş katibi Haysam Əl-Qays rəhbərlik etdiyi beynəlxalq qurumun Azərbaycanla münasibətlərini qiymətləndirərkən deyib.

“Azərbaycanın öhdəlikləri və töhfələri təkcə hasilatın artırılması və ya azaldılması ilə bağlı birgə qəbul etdiyimiz qərarların icrasında deyil, həm də illər ərzində keçirilən bütün görüşlərdə, xüsusilə də 2020-ci ilin aprelində keçirilən və tarixi əhəmiyyət daşıyan məşhur görüşdə fəal iştirakı ilə özünü göstərib. Azərbaycan diplomatiyası bizlərin ortaq razılığa gəlməsində mühüm rol oynayıb və bu, bütün ölkələr üçün faydalı olub. Azərbaycan son doqquz il ərzində OPEC+ alyansının fəxr olunası üzvü kimi bizimlə birlikdə yol qət edib”, - deyə Haysam Əl-Qays vurğulayıb.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr