Aİ ölkələrində ötən il 3,5 milyon nəfərə yaşayış icazəsi verilib

Dünya 12-sen, 14:199 77 0
Aİ ölkələrində ötən il 3,5 milyon nəfərə yaşayış icazəsi verilib
Aİ ölkələrində ötən il 3,5 milyon nəfərə yaşayış icazəsi verilib
Ötən il Avropa İttifaqında (Aİ) birliyə üzv olmayan ölkələrin vətəndaşlarına 3,5 milyon yaşayış icazəsi verilib. Bu, 2023-cü illə müqayisədə 8,3 faiz azdır.

Uğuryolu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin - “Eurostat”ın hesabatında bildirilib.

Yaşayış icazələrinin verilməsində əsas səbəb məşğulluq olub. Bu səbəblə verilmiş icazələr bütün icazələrin 31,9 faizini (1,1 milyon) təşkil edib. Ümumi icazələrin 27,1 faizi (950,6 min) ailə səbəbləri, 25,3 faizi (886,3 min) isə digər, o cümlədən beynəlxalq müdafiə səbəbləri ilə əlaqədar olub.

Təhsil səbəbləri bu baxımdan 15,7 faiz (549,4 min) təşkil edib.

Ən çox - 295,6 min yaşayış icazəsi Ukrayna vətəndaşlarına verilib. Bu baxımdan Hindistan (192,4 min) ikinci, Mərakeş (188,4 min) üçüncü olub.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr