Uzunmüddətli yağışlar səbəbindən Mahaçqalada küçələri su basıb

Dünya 20-sen, 18:459 65 0
Uzunmüddətli yağışlar səbəbindən Mahaçqalada küçələri su basıb
Uzunmüddətli yağışlar səbəbindən Mahaçqalada küçələri su basıb
Mahaçqalanın icra başçısının səlahiyyətlərini icra edən Cambulat Salavov bildirib ki, şəhərdə güclü leysan səbəbindən yaranan fəsadların aradan qaldırılması üçün iyirmi kommunal briqada sutkalıq rejimdə işləyəcək.

Uğuryolu.az xəbər verir ki, davamlı yağışlar səbəbindən Mahaçqalanın küçələrini, o cümlədən şəhər mərkəzini su basıb, böyük tıxaclar yaranıb. Sosial şəbəkələrdə təbii fəlakətin nəticələrini əks etdirən görüntülər yayılıb.

Dağıstanın rəhbəri Sergey Melikov vəziyyətin çətin, lakin nəzarət oluna biləcək halda olduğunu qeyd edib. Onun sözlərinə görə, kommunal xidmətlərin əsas prioriteti enerji sistemində qəza baş verməsinin qarşısını almaqdır. Buna görə də, ilk növbədə, transformator stansiyalarının yerləşdiyi ərazilərdə suyun çəkilməsi həyata keçirilir.

O, fövqəladə vəziyyət elan olunması üçün heç bir əsas olmadığını vurğulayıb. Şəhərin icra orqanları isə sakinləri su kəmərinə çirkləndirici maddələrin düşə biləcəyi barədə xəbərdar edərək, kran suyundan istifadədən çəkinməyi tövsiyə edib.

Sinoptiklərin proqnozuna görə, yağışların nəticələrinin aradan qaldırılması üzrə işlər həftəsonuna qədər fövqəladə rejimdə davam etdiriləcək. Daha sonra isə kommunal xidmətlər onilliklərdir yığılıb qalan problemlərin planlı şəkildə həllinə başlayacaq.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr