5 gün vaxt qoyulub - Poliklinikalarda vəziyyət belədir

Aktual / Sosial / Manset 21-iyl, 19:129 2 0
5 gün vaxt qoyulub - Poliklinikalarda vəziyyət belədir
Valideynlər Bakının Nizami rayonunda yerləşən 17 və 19 saylı uşaq poliklinikalarında sənəd qəbulu zamanı yaranan sıxlıqdan narazıdırlar.

“Qafqazinfo”ya müraciət edən şəxslər bildirirlər ki, bağçalara qeydiyyata düşən uşaqlar üçün tələb olunan sənədlərin təqdim edilməsi məqsədilə cəmi 5 günlük müddət müəyyən edilib. Bu səbəbdən poliklinikalarda uzun növbələr yaranıb.

Valideynlərin sözlərinə görə, növbələrdə azyaşlılar, hamilə qadınlar uzun müddət gözləməli olurlar. İddialara görə, sıxlıq səbəbindən hətta bəzi şəxslərin səhhəti də pisləşib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu ilə əlaqədar olaraq sağlamlıq haqqında arayışların əldə olunması məqsədilə edilən müraciətlərin sayında artım müşahidə olunur. Hər il eyni dövrdə intensiv xarakter alan bu proses bəzən tibb müəssisələrində vətəndaş sıxlığına səbəb olur.

Yaranan vəziyyətin tənzimlənməsi məqsədilə mütəmadi olaraq Bakı Baş Səhiyyə Mərkəzi və Mərkəzin strukturuna daxil olan tibb müəssisələri tərəfindən operativ olaraq zəruri tədbirlər görülür”.

Lamiyə Məmmədova







Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr