400-ə yaxın cücə bir gecədə tələf oldu

Kriminal 11-may, 17:309 138 0


Tovuzda 400-ə yaxın cücə yemdən zəhərlənərək tələf olub. Təsərrüfat sahibi iddia edir ki, axşam saatlarında hinə salamat saldığı cücələr sabaha ölü çıxıb. İndi təsərrüfat sahibi ona dəyən ziyanın yem istehsalçısı tərəfindən ödənilməsini tələb edir.

400-ə yaxıncücəbir gecədə tələf olub.

Görüntülər Tovuzun Cəlilli kəndindəndir. Seymur Allahverdiyevə məxsus fərdi təsərrüfatda cücələrə Ağdaş Yem fabrikinin istehsalı olan yem verilib. Zərərçəkənlər cücələrin məhz bu yemdən zəhərlənərək tələf olduğunu iddia edirlər.

Zərərçəkən bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Baytarlıq Xidmətinin Tovuz Rayon Şöbəsinin həkimləri və Ağdaş yem şirkətinin bölgə üzrə satış təmsilçisi ərazidə olublar.

Şirkətin nüməyəndəsı isə Xəzər Xəbərə bildirdi ki, əgər cücələrin rəsmi şəkildə yemdən zəhərləndiyi təsdiq olunarsa şirkət dəyən ziyanı ödəməyə hazırdır.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr