“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir

Aktual / Cəmiyyət 04-fev, 22:069 344 91
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir

Azərbaycanın böyük neft-qaz ehtiyatları olsa da, ənənəvi enerji ehtiyatlarının tükənməz olmadığı sirr deyil. Karbohidrogen ehtiyatlarının müəyyən dövrdən sonra tükənəcəyi, eləcə də ekologiyaya ziyan vurması istiqaməti alternativ enerji mənbələrinə çevirmək zərurəti yaradır. Hazırda bütün dünyada məhz bu tendensiya müşahidə olunmaqdadır.

Bir çoxları alternativ enerjinin heç vaxt ənənəvi enerji mənbələrini əvəz edə bilməyəcəyi tezisini müdafiə etsə də, inkar etmək olmaz ki, alternativin olması hər zaman lazımdır və bu üstünlüyü təmin etmək üçün əvvəldən hazırlaşmaq gərəkdir. Xüsusilə də sözügedən perspektivli sahənin inkişafı üçün hər cür şərait və imkanlar olduğu halda. Bu şərait və imkanlar Azərbaycanda mövcuddur və ölkəmizdə bu istiqamətin inkişafı üçün böyük səylər göstərilir.

Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçidin təmin edilməsi sahəsində reallaşan layihələr, görülən işlər hələ 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamı, yeni mərhələsidir. Prezident İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi "yaşıl enerji"nin ölkə inkişafında aparılan mühüm tədbirlərin bariz nümunəsidir.

Azərbaycanın enerji siyasətinin "yaşıl" istiqamətinin inkişafı çərçivəsində digər əlamətdar bir hadisə Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" şirkəti arasında Xəzərin Azərbaycan sektorunda külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması olub. Memorandum dənizdə külək enerjisi sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycanda bərpa olunan enerji layihələrinə gəlirli investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur.

Təməli qoyulan stansiyada bir neçə ildən sonra elektrik enerjisi istehsal etmək olacaq. Ölkəmizdə uzun illərdir ki, bu cür layihələr nəzərdən keçirilirdi. Bu məsələ hələ 2015-2016-cı illərdə şirkətlərlə müzakirə obyekti kimi var idi. Çox təqdirəlayiq haldır ki, 2022-ci ildə bununla bağlı praktiki addımlar atılır.

Abşeron ətrafında, dənizin dayaz hissəsində küləklərin daim olduğu ərazilərdə təbiətin enerjisini elektrik enerjisinə çevrilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlər vacib və təqdirəlayiqdir. Aparılan uğurlu siyasətin nəticəsidir ki, ölkəmiz 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq, Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonasına çevirmək niyyətindədir.

Ülviyyə Ağalarova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Çap et
Oxşar Xəbərlər

Cbscxk 26-okt, 14:00

altace 5mg cost <a href="https://arcoxpl.com/">cheap arcoxia 60mg</a> buy amaryl 1mg without prescription
Ответить
Назад 1 2 3 4 Дальше

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr