DataLife Engine / İtkin hesab edilən Nurlanın da şəhid xəbəri gəldi... - FOTO

İtkin hesab edilən Nurlanın da şəhid xəbəri gəldi... - FOTO

İtkin hesab edilən Nurlanın da şəhid xəbəri gəldi... - FOTO
Vətən Müharibəsi zamanı itkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Uguryolu.az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət 25 yaşlı Nurlan Məlikovdan gedir. Məlum olub ki, ailəsinin 70 gündür xəbər ala bilmədiyi N.Məlikov oktyabrın 21-də Qubadlı istiqamətində döyüşlərdə şəhid olub.

Hazırda onun yaşadığı Masallı rayonu Öncəqala kəndində şəhidin dəfn mərasimi keçirilir.

Daha öncə N.Məlikovun atası Dünyamalı Məlikov bildirmişdi ki, oğlu ilə sonuncu dəfə oktyabrın 20-də danışıb: "Dedi ki, "ata Füzulidən Cəbrayıl istiqamətinə gedirik". Ondan sonra əlaqə saxlamaq mümkün olmadı".

İtkin hesab edilən Nurlanın da şəhid xəbəri gəldi... - FOTO
1-01-2021, 13:27
Вернуться назад