
Vətən Müharibəsi zamanı itkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
Uguryolu.az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət 25 yaşlı Nurlan Məlikovdan gedir. Məlum olub ki, ailəsinin 70 gündür xəbər ala bilmədiyi N.Məlikov oktyabrın 21-də Qubadlı istiqamətində döyüşlərdə şəhid olub.
Hazırda onun yaşadığı Masallı rayonu Öncəqala kəndində şəhidin dəfn mərasimi keçirilir.
Daha öncə N.Məlikovun atası Dünyamalı Məlikov bildirmişdi ki, oğlu ilə sonuncu dəfə oktyabrın 20-də danışıb: "Dedi ki, "ata Füzulidən Cəbrayıl istiqamətinə gedirik". Ondan sonra əlaqə saxlamaq mümkün olmadı".
