İstanbulda orta məktəbdə partlayış-Yaralı var

Kriminal 25-apr, 15:349 131 0
İstanbulda orta məktəbdə partlayış-Yaralı var


Istanbulun Güngörən bölgəsində orta məktəbdə partlayış hadisəsi baş verib.

BEŞ.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəyə səbəb məktəbin kimya müəlliməsi Tuğab S-nin şagirdlərə nümunə göstərmək üçün qida məhsulu ilə yuyucu tozunu qarışdırması olub.

Nəticədə plastik butulkada olan maddələr partlayıb. Hadisə zamanı müəllimə sağ əlindən xəsarət alaraq dərhal xəstəxanaya yerləşdirilib.

Hazırda müəllimənin vəziyyətinin yaxşı olduğu bildirilir.

Məsələ ilə bağlı Güngörən təhsil şöbəsi açıqlama yayıb. Açıqlamada müəlimənin və şagirdlərin durumunun yaxşı olduğu və hazırda məktəbdə təhsilin normal qaydada davam etdiyi qeyd edilib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr