Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun V Sammitində iştirak edəcək

İqtisadiyyat 27-noy, 10:099 87 0
Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun V Sammitində iştirak edəcək

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum – GECF) tədbirlərində iştirak məqsədilə Ekvatorial Qvineyaya səfər edib.

Nazirlikdən verilən məlumata görə, 28-29 noyabr 2019-cu il tarixlərində Ekvatorial Qvineyanın paytaxtı Malaboda Qaz İxrac edən Ölkələr Forumunun Nazirlər Görüşü, həmçinin dövlət və hökumət başçılarının V Sammiti keçiriləcək.

Sammitdə qlobal qaz bazarının mövcud vəziyyəti və perspektivlərinin, eləcə də qaz ixrac edən ölkələr arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi və Bəyannamənin imzalanması nəzərdə tutulur.

XəbərTv.İnfo
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr