
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib. Hadisə bu gün səhər saatlarında, İcra hakimiyyəti binasının yaxınlığında olub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, hadisə ilə bağlı təcili yardıma saat 10:14-də məlumat daxil olub. Hadisə yerinə 3 Təcili Yardım briqadası gedib. Həkimlər mərkəzdən 50 yaşlı qadın götürüblər, onun müəllimə olduğu bildirilib. Sifətinin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllimə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb.
Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.
uguryolu.az