AMEA Zoologiya İnstitutunun və Akademiya şəhərciyinin direktorları işdən azad ediliblər

Sosial 10-yan, 00:049 256 0
AMEA Zoologiya İnstitutunun və Akademiya şəhərciyinin direktorları işdən azad ediliblər

Fizika üzrə fəlsəfə doktoru Elman Yusifov AMEA Zoologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib.

APA-nın xəbərinə görə, bu barədə bu gün AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

İnstitutun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədova həvalə edilib. Həmçinin Akademiya şəhərciyinin müdiri Bayram Babayev vəzifəsindən azad edilərək iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov həmin vəzifəyə təyin olunub.

Akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika elmləri doktoru Ayaz Bayramov həmin institutun innovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov isə həmin institutun elmi katibi vəzifələrinə, riyaziyyat elmləri doktoru Ədalət Axundov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin ediliblər.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr