Rusiyada 4 evsiz gecələdikləri quyuda YANARAQ ÖLDÜ

Aktual / Ölkə 22-yan, 14:139 96 0
Rusiyada 4 evsiz gecələdikləri quyuda YANARAQ ÖLDÜ

Bu gün səhər saatlarında Rusiyanın Buryatiya respublikasında 4 nəfərin gecələdiyi quyuda yanğın baş verib.

Redaktor.az-ın verdiyi xəbərə görə, yanğın Ulan-Ude şəhərinin “Oktyabr” rayonunda qeydə alınıb.

Yanğının baş verməsinə odla ehtiyatsız davranmanın səbəb olduğu ehtimal edilir.

Quyudan ətrafa tüstünün yayıldığını görən şəxslər aidiyyəti qurumlara məlumat veriblər. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürüldükdən sonra quyuda iki kişi və iki qadının meyiti aşkarlanıb. Yanğında ölənlərin evsiz şəxslər olduğu məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.//Apa.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr