Azərbaycanda “Ağıllı şəhər” yaradılacaq

İqtisadiyyat 28-fev, 14:029 100 0
Azərbaycanda “Ağıllı şəhər” yaradılacaq

Azərbaycanda “Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı təkliflər hazırlanacaq.

Redaktor.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Milli Fəaliyyət Planında qeyd edilir ki, 2020-2021-ci illər ərzində “Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılacaq və pilot layihə həyata keçirilməsi imkanları müəyyən ediləcək.

Bu işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icra ediləcək.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr