Generaldan şok açıqlama — Polad Həşimovu satıblar

Aktual / Manset 18-iyl, 21:199 449 0
Generaldan şok açıqlama — Polad Həşimovu satıblar


“General Polad Həşimovun həlak olması səbəbini araşdırılacaq. Ali Baş komandan bu məsələni elə-belə qoymayacaq”.

Bu sözləri sabiq korpus komandiri, general-leytenant Yaşar Aydəmirov LAF TV-yə müsahibəsində bildirib.

Y.Aydəmirov generalın həlak olması ətrafında gedən bəzi müzakirələrə toxunub.

O, bildirib ki, erməni ordusu general Polad Həşimovun hərəkət trayektoriyasını izləyə bilməzdi:

“Ermənilərdə belə dəqiq silahlar yoxdur. Kənardan onlara yardım edilib. General daim qərargahda oturmur. O daima hərkətdə olur”.

Bununla yanaşı Y.Aydəmirov deyib ki, P.Həşimovun harda zərbəyə tuş gəlməsi hələ rəsmi açıqlanmayıb:

“Mən bilirəm harda olub. Amma Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib”.

Generalın sözlərinə görə, Tovuzda baş verən təxribat əvvəlcədən hazırlanmışdı.

“Bu Ermənistanın işi deyildi. Başqa iri dövlətlərin işidir”.

“Polad Həşimov unikal zabit idi”- deyən Y.Aydəmirov vurğulayıb ki, Azərbaycanda ordusunda belə generallar çoxdur.

Qeyd edək ki, general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.(demokrat.az)

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr