Azərbaycan "QİTİS-Master Klass 2020"-də iştirak etmiyəcək

Mədəniyyət 09-mar, 16:489 91 0
Azərbaycan "QİTİS-Master Klass 2020"-də iştirak etmiyəcək

Koronavirus (COVID-19) təhlükəsinə görə Azərbaycandan olan tələbələr "QİTİS-Master Klass 2020" MDB ölkələrinin Teatr festivalında iştirak etməyəcək.

XəbərTv.info bildirir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan martın 14-dən 19-dək Moskvada keçirilməsi planlaşdırılan MDB ölkələri teatr festivalında iştirakdan imtina edib.

Qeyd edək ki, Azərbaycan bu festivalda İncəsənət və Mədəniyyət Universiteti təmsil olunacaqdı. Universitetin tələbələri sayca üçüncüsü keçirilən festivalda Sofoklun qədim yunan faciəsi olan "Çar Edip" tamaşasını oynayacaqdılar.

Xatırladaq ki, "QİTİS-Master Klass 2020" MDB ölkələrinin Teatr festivalı Rusiyanın Teatr İncəsənəti İnstitutu və MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr