Bakıda qadına qarşı cinayət törədən keçmiş məhkum tutulub - VİDEO

Kriminal 05-may, 10:199 187 0
Bakıda qadına qarşı cinayət törədən keçmiş məhkum tutulub - VİDEO


Bakıda qadına qarşı soyğunçuluq edilib.

uguryolu.az apa-ya istinadən bildirir ki, aprelin 24-də saat 15 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, A. Rzayev küçəsində naməlum şəxsin qəsəbə sakini olan qadının mobil telefonunu soyğunculuq yolu ilə əlindən almasına dair polisə müraciət daxil olub.

Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən soyğunçuluq törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş, 1972-ci il təvəllüdlü Elman Abidov müəyyən olunub.

Suraxanı rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən dünən axşam saatlarında keçirilən müvafiq tədbirlərlə onun gizləndiyi yer müəyyən olunaraq 31-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bakıda qadına qarşı cinayət törədən keçmiş məhkum tutulub - VİDEO
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr