Bakıda 27 nəfərin xəsarət aldığı dəhşətli qəzadan görüntülər – Video

Kriminal 29-apr, 11:429 119 0
Bakıda 27 nəfərin xəsarət aldığı dəhşətli qəzadan görüntülər – Video


Bakıda 27 nəfərin xəsarət aldığı dəhşətli qəza ilə bağlı video yayılıb.
Videonu “Report” yayıb. Qeyd edək ki, hadisə aeroport yolunda, “Buta Palace” yaxınlığında baş verib. Şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi – “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb. Nəticədə 27 nəfər xəsarət alıb.

Üç saylı Şəhər klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov bildirib ki, qəzadan sonra xəstəxanaya 27 yaralı gətirilib. Onun sözlərinə görə, xəsarət alanlardan 3-ü uşaqlar, 24-ü böyüklərdir. Xəsarət alanlardan 17-i evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə edilir.




Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr