Koronavirus peyvəndi siçanlarda uğurla nəticələndi

Səhiyyə 03-apr, 10:009 166 0
Koronavirus peyvəndi siçanlarda uğurla nəticələndi


ABŞ-ın Pitsburq Universitetinin Tibb Fakültəsinin apardığı araşdırmalar nəticəsində, koronavirusa qarşı mübarizə aparan və yetərli sayda antikor istehsal edən peyvənd hazırlanıb.

uguryolu.az bildirir ki, bu barədə “EBioMedicine” Tibbi jurnalında yayımlanan məqalədə məlumat verilib.

Məqalədə bildirilir ki, ilkin mərhəldə siçanlar üzərində aparılan peyvənd sınaqları uğurla nəticələnib.

Mütəxəssislər bir iynə əvəzinə 400 mikro iynədən ibarət olan kiçik yara bandı şəklində bir peyvənd hazırladıqlarını açıqlayıb.

Peyvəndin insanlar üzərində sınaqlarına keçmək üçün ABŞ Qida və Dərman İdarəsinə müraciət prosesinin başladıldığı bildirilib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr