Masallıda karantin qaydalarını pozan sərxoş şəxslər saxlanılıb

Ölkə 11-apr, 14:209 303 0
Masallıda karantin qaydalarını pozan sərxoş şəxslər saxlanılıb


Masallıda karantin qaydalarını pozan sərxoş şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan apa-nın cənub bürosuna verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələblərinin yoxlanılması zamanı rayon ərazisində Cəlilabad sakini olan Nahid Məmişov idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə saxlanılıb. Onun karantin qaydalarını pozduğu, həmçinin sərxoş vəziyyətdə sükan arxasında olduğu müəyyən edilib. Avtomobilin şöbənin duracağına yerləşdirilməsi zərurətinin yarandığını gördükdə isə sürücünün yanında sərnişin qismində olan Cəlilabad rayon sakini, spirtli içki qəbul edən və karantin qaydalarını pozan qadın polis əməkdaşlarının qanuni tələblərini icra etməyərək, öz qanunsuz əməllərini davam etdirib. Hər iki şəxs saxlanılaraq Masallı Rayon Polis şöbəsinə gətirilib.

Həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr