PLANA GÖRƏ biz erməniləri mühasirəyə salmalı ıdik

Şahidlər və Şəhidlər 19-sen, 10:379 150 0
PLANA GÖRƏ biz erməniləri mühasirəyə salmalı ıdik

QƏŞƏM RZAYEVİN HOÇAZ XATİRƏLƏRİNDƏN

Həmin vaxtı ön hissədən, yəni Soyuqbulaq tərəfdən hücum edən 701-in batalyonları və Laçın polisi, o cümlədən bizim hərbi hissənin qalan qüvvələri həmlə ilə dağı götürməli idilər. Ümumi plana əsasən bir sutka ərzində o dağ götürülməli idi. Biz də əlavə gələn erməni qüvvələrin qarşısını almaqla düşməni mühasirəyə salmalı idik.

Biz 1666-cı koordinata çatanda artıq şəhər açılırdı. Şəhər saat 5-6 radələri olardı. Bura elə bir yer idi ki, həm Susdan, həm Mollalardan, həm də Hoçazdan gələn yollar burada kəsişirdi. Bütün günü orada olduq. Həmin yerdə torpaq çox möhkəm idi. Qazıcı alətimiz olmadığına görə avtomatın süngüsüylə səngər qazmaq istəsək də, buna nail ola bilmədik.

Az hərəkət edirdik ki, düşmən bizi görə bilməsin. Saat 10-11 arası Hoçazdağdan gələn UAZ markalı maşın bizim yanımızdan keçib Laçın istiqamətinə getmək istəyəndə komandirimiz Rəhman İsgəndərov 2 nəfəri götürüb maşının qabağına keçdi. Maşının içində 2 nəfər erməni var idi, çox güman ki, biri zabit idi. Komandirimiz İsgəndərov Rəhman 2 sərrast atəş ilə onları öldürdü. Döyüş yoldaşlarımız meyidləri kənara atandan sonra maşını da kənara itələyib “maskirovka” etdilər ki, düşmən növbəti dəfə buradan keçəndə onları görməsin. Həmin günün qalan saatları sakitlik oldu…

Gecəni orada qaldıq. Şəhəri gün tezdən Rəhman 710-un rota komandiri Nərimanla məşvərət etdi. Və orada qalan qüvvələri Nərimana tapşıraraq 5 nəfərdən ibarət qrupla kəşfiyyata yollandı.


Üst-üstə qalanan erməni meyidi və üçtərəfli mühasirə


Mən də o kəşfiyyat qrupunun tərkibində idim. Saat 9-10 radələri olardı. Biz “karyer” deyilən yerə çatdıq. Qarşı tərəfə baxanda gördük ki, düşmən tərəfdə 1 BMP və bir neçə erməni əsgəri görünürdü. Elə ətrafa baxırdıq ki, arxada atəş səsləri eşitdik. Dərhal geri qayıtdıq. Geri qayıdanda bizə radiostansiya ilə dedilər ki, uşaqlar dünəndən susuz qalıblar. Üstümüzdəki flyaqaları və kaskaları aşağıdakı bulağın suyu ilə doldurub uşaqların yanına qayıtdıq. Biz ora gəlib çatanda gördük ki, ermənilər Zil-131-lə oradan keçəndə bizimkilər onların hamısını qırıblar, təxminən 30-40 nəfər olardılar. Orada 1 nəfər erməni Mollalar istiqamətinə qaçaraq canını qurtarmışdı. Eyni zamanda ermənilərə məxsus bir BMP-1 də vurulmuşdu. Ermənilər artıq bizim bütün koordinatlarımızı müəyyənləşdirmişdilər. Təqribən 2 saat keçmişdi ki, Mollalar istiqamətindən ermənilərə məxsuus 2 BMP-2 və xeyli canlı qüvvə bizim istiqamətə hücuma keçərək hər tərəfdən bizi atəşə tutmağa başladılar. Vəziyyət getdikcə gərginləşirdi. Biz 3 tərəfdən mühasirədə idik. Yeganə çıxış yolumuz HOÇAZ kəndi istiqamətindən 100-150 metrlik boş məsafə qalmışdı…



Öyrəndik ki, Hoçazdağ hələ də götürülməyib”


Biz ikinci gün idi ki, döyüş mövqeyində qalmışdıq. Halbuki bizə deyilmişdi ki, siz bir gün orada dayanmalısınız ki, ermənilərə arxadan gələn qüvvənin qarşısı alınsın. Digər qüvvələr də bu arada Hoçazdağı götürməli idilər. Biz ratsiya ilə əlaqə saxladıq. Öyrəndik ki, Hoçazdağ götürülməyib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr