Karantin rejimi qaydalarından sui-istifadə edən şəxs saxlanıldı - Video

Kriminal 11-apr, 19:019 214 0
Karantin rejimi qaydalarından sui-istifadə edən şəxs saxlanıldı - Video


Bərdədə xüsusi karantin rejimi qaydalarından sui-istifadə edən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Belə ki, şöbə əməkdaşları tərəfindən Bərdə rayon sakini Ramil Mehdiyevin tətbiq edilən karantin qaydalarından sui-istifadə edərək çölə çıxdığı müəyyən edilib.

R. Mehdiyev iki gün ərzində “8103” qısa nömrəsinə mesaj göndərərək dəfn mərasimində iştirak etmək məqsədi ilə icazə alıb. Lakin sonuncu dəfə eyni məqsədlə icazə alarkən ona bu barədə rədd mesajı gəlib. Rədd mesajına baxmayaraq, bu dəfə o “8103” xidmətinin birinci bəndinə uyğun icazə alaraq, evdən çıxdığı müəyyən edilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.






uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr