Futbol tarixinin ən bahalı transferi reallaşa bilər

İdman / Manset 12-apr, 13:059 221 0
Futbol tarixinin ən bahalı transferi reallaşa bilər




Dünya futbolunda yeni transfer rekordu müəyyənləşə bilər.

uguryolu.az məlumat verir ki, "Tottenhem" Harri Keyni "Mançester Yunayted"ə 200 milyon funt-sterlinqə sata bilər. Bu isə 227,8 milyon avro (423,8 milyon manat) edir.

"Daily Mail"in məlumatına görə, London klubunun sahibi Daniel Levi 26 yaşlı forvardı ağır maliyyə durumuna görə satmağa hazırdı. Dünya futbolunda koronavirus pandemiyasına görə yaranmış fasilə "Tottenhem"ə də mənfi təsir edib. Bundan başqa klubun yeni stadion tikintisinə görə ödənişləri də var.

Bu transfer baş tutsa, transfer rekordu olacaq. Hazırda rekord Neymara məxsusdu. Braziliyalı "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr