Tədris nə vaxt başlayacaq? - RƏSMİ

Təhsil / Manset 15-apr, 00:069 202 0
Tədris nə vaxt başlayacaq? - RƏSMİ


Təhsil naziri Ceyhun Bayramov tədrisin başlanacağı tarix barədə danışıb.

uguryolu.az məlumat verir ki, nazir AzTV-nin “Hədəf” verilişinə müsahibəsində bu mövzunun həm Təhsil Nazirliyində, həm də təhsil sistemində çalışanların ən böyük arzusu olduğunu deyib.

Nazir bildirib ki, təhsil sistemində tədrisin bərpa olunması 2 milyon insanın gündəlik hərəkəti deməkdir:

“Bir çox hallarda nəqliyyatdan istifadə etmək var. Bu gün ölkədə sanitar-epidemioloji vəziyyət tam nəzarət altındadır. Nazirlər Kabineti yanında Operativ Qərargah bütün məsələləri və riskləri nəzərə alaraq ölçüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək”.

C.Bayramov deyib ki, bu həftə ərzində tədrisin dayanması müddətinin uzadılması barədə qərar qəbul edilsə, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, ölkədə martın 3-dən etibarən tədris dayandırılıb.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr