
Xaçmaz rayonunda qanlı cinayət hadisəsi baş verib.
Xaçmaz rayonunun Ağtala kəndi ərazisində kənd sakini F.Quliyevin münaqişə zəminində həmkəndlisi olan qayını M.Allahverdiyevə tüfəngdən atəş açıb bud nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı “TOZ-16” markalı tüfəng aşkar edilərək götürüüb. F.Quliyev saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.
Araşdırma aparılır.
uguryolu.az