Bakıda ər arvadını dini baxışlarına görə qətlə yetirdi — TƏFƏRRÜAT

Kriminal 27-apr, 14:549 165 0
Bakıda ər arvadını dini baxışlarına görə qətlə yetirdi — TƏFƏRRÜAT


Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək məhkum olunan Hacıyev Müzəffər Zabit oğlu Ali Məhkəməyə müraciət edib.

Müzəffər Hacıyev məhkəmədən barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib.

Onun müraciətinə hakim İnqilab Nəsirovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında baxılacaq.

Məhkəmə baxış iclası mayın 12-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2007-ci ildə baş verib. Saat 21.00 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində qəsəbə sakini Müzəffər Hacıyev ailə münaqişəsi zəminində arvadı Bikəxanımı bıçaqla qətlə yetirib. M.Hacıyev könüllü olaraq Sabunçu RPİ 15-ci PB-yə gəlib.
Araşdırmalar zamanı M.Hacıyevin həyat yoldaşını dini baxışlarına görə öldürməsi müəyyənləşib.

M.Hacıyev Cinayət Məcəlləsinin 120.2.12-ci, yəni, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə maddəsi ittiham olunub.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr