Azərbaycanda vəzifəli şəxs öldü - FOTO

Cəmiyyət 18-yan, 12:549 68 0
Azərbaycanda vəzifəli şəxs öldü - FOTO
Sonxeber.az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Təcrübəli kapitan, Dəniz Nəqliyyatı Donanmasının Dəniz üzgüçülüyünün təhlükəsizliyi xidmətinin rəisi Elxan İslam oğlu Hacıyev yanvarın 17-də 59 yaşında vəfat edib.

Elxan Hacıyev 1961-ci il avqustun 3-də Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olub.
Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib. Dənizçilik fəaliyyətinə 1983-cü ildə matros kimi başlayıb. Sonralar Xəzər Dəniz Gəmiçiliyinin müxtəlif gəmilərində kapitanın üçüncü, ikinci, böyük köməkçisi olub. 2006-ci ildən səfərlərə kapitan kimi çıxıb, sonra bir müddət təlimatçı kapitan işləyib. 2015-ci ildən Dəniz Nəqliyyatı Donanmasının Dəniz üzgüçülüyünün təhlükəsizliyi xidmətinin rəisi təyin olunub.

Elxan Hacıyev işlədiyi illərdə həmişə bacarığı, peşəkarlığı ilə seçilib. Onun fədakar əməyi yüksək qiymətləndirilib. "Tərəqqi" medalı, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. "Dəniz Donanmasının Fəxri işçisi" adına layiq görülüb.

Azərbaycanda vəzifəli şəxs öldü - FOTO
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr