İstirahətə gələn dostlar cərimələndi - Foto

Manset / Ölkə 08-avq, 10:299 305 0
İstirahətə gələn dostlar cərimələndi - Foto


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində keçirilən reydlər zamanı sərt karantin rejimi elan edilən Gəncə şəhərindən icazələri olmadan, qaydaları pozaraq istirahət məqsədilə Balakənə gələn 5 nəfər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onlar Polis Şöbəsinə dəvət edilərək, profilaktik söhbətlər aparılıb. Karantin rejiminin qayda və tələbləri həmin şəxslərə izah olunub.

Qaydaları pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər.

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr