QMİ Həccə getmək istəyənlərin pulunu geri qaytarmayıb - Rəsmi

Cəmiyyət 18-avq, 16:069 426 0
QMİ Həccə getmək istəyənlərin pulunu geri qaytarmayıb - Rəsmi


Bu il koronavirus səbəbindən Həcc ziyarəti ləğv olunduqdan sonra ziyarət üçün ödəniş edənlərin xeyli hissəsinin vəsaiti artıq özünə qaytarılıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, ödəniş edən şəxslərin böyük əksəriyyəti artıq öz vəsaitini geri götürüb. Təqribən 10 nəfərə yaxın qalıb ki, onlar da ödənişlərini bu günlərdə alacaqlar.

Bu il Həcc ziyarətinin ləğv olunması ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gəlib. Bu səbəbdən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilib.

Bu il 250-ə qədər şəxs Həcc ziyarətinə getmək üçün müraciət etmişdi və onlardan 150 nəfərə qədəri ödənişi etmişdi.

Ümumilikdə Həcc ziyarətinə sənəd qəbulu yanvarın 27-dən martın 24-ə qədər davam edib. Ziyarətin qiyməti 4 490 dollar olub. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlı idi.(modern.az)

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr