VHP Abşeron rayon təşkilatına yeni sədr seçildi

Siyasət 19-sen, 15:179 513 0
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Abşeron rayon təşkilatının konfrans səlahiyyətli yığıncağı keçirilib.

VHP Abşeron rayon təşkilatına yeni sədr seçildi
Tv 713 xəbər verir ki, təşkilatın sədr əvəzi Faiq Əliyev təşkilatın fəaliyyəti barədə məlumat verərək bildirib ki, partiya Siyasi Şurasının qərarı ilə təşkilat buraxılıb: ” “Covid19” pandemiyası ilə bağlı yığıncaqlar keçirilmir. Buna görə də, qərara aldıq ki, özək təşkilat sədrlərinin iştirakı ilə konfrans səlahiyyətli yığıncaq keçirək. Pandemiya bitəndən sonra təşkilatın tam tərkibdə konfransı keçiriləcək”.

İclasın gündəliyinə uyğun olaraq təşkilati məsələlərə baxılıb. Açıq səsvermə yolu ilə İlqar Salmanov təşkilata sədr seçilib.

Yığıncaqda VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və MNTK sədri Felmar Ələkbərov öz çıxışlarında ölkədə baş verən ictimai-siyasi vəziyyət və digər məsələllərə də öz münasibətlərini bildiriblər.

Sonda İlqar Salmanov görəcəyi işlər barədə yığıncaq iştirakçılarına məlumat verib.


Müşfiq Rəhimov
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr