Erməni təxribatları nəticəsində Tərtərə dəyən ziyan açıqlandı

Aktual 08-okt, 20:189 75 0
Erməni təxribatları nəticəsində Tərtərə dəyən ziyan açıqlandı


Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzinə, Hüsənli və Səhləbad kəndlərinə ağır artilleriyadan 310 zərbə endirilib.

Tərtər Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, ümumilikdə, 27 sentyabrdan bu günədək rayonda düşmən təxribatı nəticəsində doqquz mülki şəxs həlak olub, 37 nəfər yaralanıb. 

Məlumatda bildirilib ki, 82 ev tamamilə dağıdılıb, 351 evə ziyan dəyib:

“51 çoxmənzilli yaşayış binasına ziyan dəyib. 22 yardımçı tikili tamamilə dağıdılıb, 29 yardımçı tikiliyə, 17 sosial obyektə, altı istehsal obyektinə, 27 ticarət obyektinə ziyan dəyib”.

“Həmçinin, 14 inzibati bina zərər çəkib”, - deyə RİH-dən qeyd edilib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr