Azərbaycan daha böyük dağıdıcı gücə malik “İti qovan”PUA-larının istehsalına başladı – FOTO

Aktual 22-okt, 18:459 91 0
Azərbaycan daha böyük dağıdıcı gücə malik “İti qovan”PUA-larının istehsalına başladı – FOTO


Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri Azərbaycan Ordusunu silah və sursatla fasiləsiz iş rejimində təmin edir.

TV 713. az “report”a istinadla xəbər verir ki, nazirliyin mütəxəssisləri hərbçilərlə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” Pilotsuz Uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlayıblar. Ali Baş Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb.

Hazırda “İti qovan” PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr