Bakıda avtomobil oğurlayan şəxs saxlanıldı

Kriminal 20-apr, 17:579 221 0
Bakıda avtomobil oğurlayan şəxs saxlanıldı

Bakı şəhərinin Nizami rayonu ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs avtomobillə birgə tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nizami RPİ-nin 23-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini M.İsmayılov aprelin 19-da rayon ərazisindən "Mercedes" markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mikayılov Xətai rayonu ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.(milli.az)

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr