Əməkdar məşqçi Səyavuş Aslanın içki aludəçisi oğluna sahib çıxdı

Ölkə 05-fev, 14:419 84 0
Əməkdar məşqçi Səyavuş Aslanın içki aludəçisi oğluna sahib çıxdı
Əməkdar məşqçi Səyavuş Aslanın içki aludəçisi oğluna sahib çıxdı
Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz evsiz qalıb və küçələrdə yatır.

Fanat.Az xəbər verir ki, "Elgizlə izlə" proqramı spirtli içki aludəçisi olan Çingizi xəstəxanaya yerləşdirib. 21 gün müalicə aldıqdan sonra o, yenidən əvvəlki həyatına qayıdıb. O, yenidən proqrama gələrək küçələrdə yatdığını söyləyib.

Verilişə zəng edən və adının açıqlanmasını istəməyən Əməkdar məşqçi Çingizə sahib çıxıb. O bildirib ki, onu işlə və qalacaq yerlə təmin edəcək.

"Bizim böyük idman mərkəzimiz var, ora yerləşdirmək istəyirik. Həm ora nəzarət etsin, həm də yemək verək" deyə, həmin şəxs söyləyib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr